Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-03-2024 , 15:24

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Gülnarə Seyidova: “Büdcə gəlirlərimiz imkan verdikcə nəzərdə tutduğumuz layihələri də icra edirik”

“Qoxmuq bələdiyyəsi olaraq əsas vəzifəmiz seçicilərimizə layiqincə xidmət etməkdir”- bu fikirləri Belediyye.infoya Şəki rayonu Qoxmuq bələdiyyəsinin sədri Gülnarə Seyidova bildirib.

Sədrin sözlərinə görə, seçicilərimizə layiqincə xidmət etmək üçün vergilərin yığımına ciddi şəkildə diqqət yetiririk. Büdcə gəlirlərimiz imkan verdikcə nəzərdə tutduğumuz layihələri də icra edirik.

Son illərdə kəndin mərkəzi hissəsi bələdiyyə büdcəsi hesabına asfalt salınmış və kənd qəbirstanlığına gedən yola  çınqıl tökülərək yayılmışdır. Bununla yanaşı bələdiyyənin dəstəyi ilə  kənd təsərrufatı sahələrinə suvarma suyunun sakinlərə vaxtında çatması üçün arxlar təmizlənmiş, habelə kəndin mərkəzi hissəsində ağacəkmə aksiyası keçirilmişdir.

Fəaliyyət  dövrümdə  iki şəhid ailəsinə və bir qaziyə  hər birinin bazar dəyəri 7.000 manatılıq həyətyanı torpaq sahəsi pulsuz verilmiş, o cümlədən  kənd təsarufatı ilə məşğul olmağa 3 müharibə veteranına hər birinə 0.50 ha, bir  şəhid anasına 0.50 ha torpaq sahəsi ayrılmışdır.

Bələdiyyə olaraq sosial layihələrin də icrası diqqətimizdədir. Novruz bayramı  ərəfəsində aztəminatlı ailələrə ərzaq sovqatı paylanılmışdır. Vətən müharibəsi iştirakçılarını da unutmuruq. Bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla onlarla görüşlər keçirir, sosial məişət qayğılarıyla maraqlanır və bələdiyyədən asılı olan məsələlər yerindəcə öz həllini tapır.  

Qeyd edək ki, xanım sədr ilk dəfə olaraq 2019- cu ildə bələdiyyə üzvü seçilmiş və  ikinci ildir ki sədr vəzifəsini icra edir. 

Belediyye.info









Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər