Bələdiyyə sədri: “2019-cu illə müqayisədə əmlak vergisinin həcmi 160 faiz artıb”
“İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsi tərəfindən ötən il 521 manat
əmlak vergisi toplanılıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri
Tünzalə İsmayılova
bildirib.
Sədrin sözlərinə görə,
2019-cu illə
müqasiyədə 160 faizlik artım olub. Hazırda əmlak vergisi bələdiyyə büdcəsinin 14 faizini təşkil edir.
Sədr bildirib ki, əgər kənd ərazisində
əmlak sahiblərinin hamısının çıxarışı olsaydı, onda büdcə gəlirlərimiz yenilənmiş
BAMS proqramının dəstəyi ilə 85
faiz artıq olardı.
Hazırda əsas vəzifələrimizdən biri də əhali arasında
maarifləndirmə işlərinin aparılmasıdır. Ancaq rüsumların yüksək olması səbəbindən vətəndaşlarda sənədləşdirməyə maraqlı görünmürlər.
Belediyye.info
Rəylər
1 Rəy
Tunzalə İsmayilli
20-01-2024, 11 ay əvvəl
verginin məbləği çox aşağidir.10 qəpiklə nə etmək olar ki?
Cavabla