Bələdiyyə sədri: “Sənədləşdirmə prosesində bürokratik amillərin mövcudluğu nəticə etibariylə vətəndaş məmnunluğunun təmin edilməsinə imkan vermir”
“İsmayıllı bələdiyyəsi vergi xidmətinin əsas vəzifəsinə aid olan məsələlərdən biri də vergi ödəyiciləri arasında maarifləndirmə işinin aparılmasıdır”- bu fikirləri Belediyye.infoya İsmayıllı Bələdiyyəsinin sədri Pərviz Ağayev bildirib.
Sədr Belediyye.infoya açıqlamasında qeyd edib ki, 2023-cü ildə toplanan əmlak vergisinin həcmi 51.067 manat olub ki, bu da 2019-cu illə müqayisədə 3.2 dəfə çox deməkdir.
Əhalinin öz məxsus əmlakın sənədləşdirilməsinə marağın göstərilməməsinin bir səbəbi də rüsumların şox yüksək olması və müəyyən prosedurların çox artıq vaxt aparmasıdır. Sənədləşdirmə prosesində bürokratik amillərin mövcudluğu nəticə etibariylə vətəndaş məmnunluğunun təmin edilməsinə imkan vermir.
Rüsumların sakinlər üçün əlçatan olması bu gün hər kəsi narahat edən məsələdir. Müvafiq orqanlar bu məsələnin həllini həqiqətən diqqətdə saxlamış olsalar düşünmək olar ki, bələdiyyənin üzləşdiyi problemlərin bir qismi də öz həllin tapmış olar.
Belediyye.info
Rəylər
0 Rəy