Vüqar Həsənov: “Şəmkir bələdiyyəsi əhalini yas mərasimlərinin təşkili zamanı israfçılığa yol verməməyə çağırır” İLK TƏCRÜBƏ
“2017- ci ilə qədər çox sayda Şəmkir şəhər sakinləri doğmalarının və əzizlərinin yas mərasimlərində ehsan verərkən borca düşdüyünü və 40 mərasiminə qədər məzar daşını düzəltdirə bilməmələri ilə bağlı Şəmkir Bələlədiyyəsinə müraciətlər edirdilər”- bu barədə açıqlamanı Şəmkir Bələdiyyəsinin sədri Vüqar Həsənov bildirib.
Sədrin sözlərinə görə, bütün müraciətlər nəzərə alınaraq Şəmkir Bələdiyyəsi yas mərasimlərində isti yeməklərin verilməməsi ilə bağlı Şəmkir şəhər sakinləri arasında təbliğat işlərin start verib və bu gündə davam etdirməkdədir.
2017-ci ilin aprel ayından etibarən yas mərasimlərində sadələşmiş ehsan verilməsinə nail olundu. Bununlada sakinlər ehsan verilən zaman yarana biləcək borca düşmürlər.
Bələdiyyə iclasının qərarıya Şəmkir Bələdiyyəsi tərəfindən bu ənənə bu gündə qorunub saxlanmasına çalışır. Bələdiyyənin üzvləri bütün yas mərasimlərində iştirak edir və sadələşdirilmiş qaydaların pozulmaması üçün sakinlərlə daimi təbliğat xarakterli söhbətlər aparır. Sevindirici haldır ki, bu qaydalar Şəmkir sakinləri tərəfindən rəğbətlə qarşılanır və indi vətəndaşlar yas mərasimlərinin sadə təşkili üçün Şəmkir Bələdiyyəsinə minnətdarlıqlarını bildirirlər.
Belediyye.info
Rəylər
0 Rəy