Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-12-2023 , 15:54

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Gündəlik vəzifəmiz, müqəddəs borcumuz: BƏLƏDİYYƏ QULLUQÇUSU YAZIR    


        Bu gün hamımızın bildiyi bir həqiqət var: “Torpaq – uğrunda ölən varsa, vətəndir”.

Vətən uğrunda yüzlərlə qeyrətli, dəyərli, igid övladlarımız şəhid olub. Bu şəhidlərin ruhu qarşısında bizim borcumuz onları unutmamaq, xatirələrini ürəklərdə yaşatmaq, bu istəyi, bu məhəbbəti dastanlar, filmlər, abidələr, bulaqlar şəklində nəsildən-nəsilə ötürməkdir.

Belə abidələrdən – bulaq-kompleksdən biri 10 il əvvəl İsmayıllı bələdiyyəsi tərəfindən şəhərimizin Mican məhəlləsində, Rəşid Mahmudov küçəsinin kənarında şəhid Rüstəmov Cəlal Abdulhəkim oğlunun xatirəsinə, bütün şəhidlərimizi anmaqla milli memarlıq üslubunda, yerli materiallardan istifadə etməklə tikilib.

Zaman öz işini görür. Ötən illər ərzində atmosfer yağıntıları səbəbindən bulaqətrafı parkda oturacaqlar yararsız hala düşmüş bəzi tərtibatlar görkəmini itirmişdi. Zəfər bayramının 3 illiyi ərəfəsində, bulaq-kompleksdə və ətrafındakı parkda İsmayıllı bələdiyyəsi xeyli yenidənqurma, abadlıq işləri aparıb, əraziyə yeni görkəm verilib.

Şəhidlərin adına inşa olunan hər bulağın suyundan içənlər unudulmaz vətən oğullarının xatirəsi önündə baş əyir.

Ərazidə yaşayanlar görülmüş işləri yüksək dəyərləndirib, İsmayıllı rayon rəhbərliyinə, eləcə də İsmayıllı bələdiyyəsinə minnətdarlıq bildiriblər. Əslində isə yerli özünüidarə qurumu olaraq bu kimi işlərin görülməsini  bələdiyyəmiz gündəlik vəzifəsi və müqəddəs borcu hesab edir.

Ülkər Əsədova,

İsmayıllı bələdiyyəsinin əməkdaşı

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər