Bələdiyyə sədri: “Vergi xidmətinin əməkdaşları borclu sakinlərlə mütəmadi olaraq görüşlər keçirir”
“Quba rayonu Tüləkəran bələdiyyəsi rayon icra şöbəsinə 2023-cü il ərzində bələdiyyə iclasının qərarıyla təsdiq edilən 63 akt göndərib”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Rauf Hüseynov bildirib. Hazırda 45 akt icraatdadır. Bələdiyyə üzvləri və bələdiyyənin vergi xidməti borclu vergi ödəyiciləriylə mütəmadi olaraq görüşlər keçirərək vergilərin ödənilməsinin zəruriliyi haqqında söhbət açılır.
Sədr bildirib ki, cari ildə Ədliyyə Nazirliyinin İcra şöbəsindən daxil olan vəsaitin həcmi- 5.133 manata bərabər olub. Əlavə olaraq icra şöbəsinin depozit hesabında may ayı üzrə 1.800 manat bələdiyyəyə köçürülməli vəsait vardır.
Bu günlərdə 18 borclu vətəndaş haqqında bələdiyyə iclasının qərarı icra şöbəsinə göndərilib.
Belediyye.info
Rəylər
0 Rəy