Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2023 , 08:29

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Neftçala bələdiyyələrində  torpaq satışı 85 faiz azalıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə 

Neftçala rayonunda formalaşan 17 bələdiyyənin büdcə gəliri 356.400  manat olub. Bu 2021-ci illə müqayisədə 15 faiz azdır. 

Əldə edilən gəlirin 33 faizi vergilərdən, 67 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 24.3 faizi torpaq, 8.7 faizi əmlak vergisindən daxil olub. 

Neftçala bələdiyyələrinin büdcə gəlirinin 48.9 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. 

Neftçala bələdiyyələri ötən il 20.800 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 85 dəfə az deməkdir.  Büdcə gəlirlərinin 5.8 faizi məhz bu istiqamətdən daxil olub. İl ərzində Neftçala bələdiyyələrinə 41.100 manat dotasiya ayrılıb. 

Neftçala bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 43.1 faiz az olub.  

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 153.500 manat maliyyə vəsaiti daxil olub. 

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, avtodayanacaqlardan, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı vergi və rüsüm daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər