Yardımlı bələdiyyələri ay ərzindıə 122 “qazanıb”
Yardmılı bələdiyyələri ay ərzindıə
122 “qazanıb”
Dövlət Statistika Komitəsindən
Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Yardmılı rayonunda
formalaşan 30 bələdiyyənin büdcə gəliri 102.800 manat olub. Bu 2021-ci llə müqayisədə
12.2 faiz çoxdur.
Əldə edilən gəlirin 19 faizi vergilərdən,
81 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 14 faizi torpaq, 5 faizi əmlak
vergisindən daxil olub.
Yardmılı bələdiyyələrinin büdcə gəlirinin 24.5 faizi bələdiyyə
əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən
daxil olub.
Yardmılı bələdiyyələri ötən il 17.200
manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 70.3 faiz çox
deməkdir. İl ərzində Yardmılı bələdiyyələrinə
58.800 manat dotasiya ayrılıb. Bu da ümumi büdcə gəlirinin 57.2 faizi deməkdir.
Mehmanxana, turizm, kurort-sanatoriya
xidmətlərindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində
stasionar və ya səyyar ticarətdən, avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin
mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən
hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Dotasiyasız Yardımlı bələdiyyələrinin
illik büdcə gəliri 44.000 manat olub ki
bu da ay ərzində 122 manat deməkdir.
Beləliklə, ay ərzində bir Yardımlı bələdiyyəsinin
aylıq büdcə gəliri 122 manat olub.
Rəylər
0 Rəy