Kürdəmir bələdiyyələrinin büdcə gəlirinin 26 faizini dotasiya təşkil edib
Dövlət Statistika Komitəsindən
Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Kürdəmir rayonunda
formalaşan 30 bələdiyyənin büdcə gəliri 270.400 manat olub. Bu 2021-ci llə müqayisədə
6.9 faiz artıq deməkdir.
Əldə edilən gəlirin 27.6 faizi vergilərdən,
72.4 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 21.6 faizi torpaq, 6.6 faizi
əmlak vergisindən daxil olub.
Kürdəmir bələdiyyələrinin büdcə gəlirinin
45.5 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və
istifadəyə verilməsindən daxil olub.
Kürdəmir bələdiyyələri ötən il 30.700
manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 7.3 faiz çox
deməkdir. İl ərzində Kürdəmir bələdiyyələrinə
104.100 manat dotasiya ayrılıb. Mehmanxana, turizm, kurort-sanatoriya
xidmətlərindən bələdiyyə büdcəsinə 500
manat maliyyə vəsait daxil olub.
Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy