Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-04-2023 , 20:38

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Göygol bələdiyyələri torpaq vergisinin həcmini 20 faiz artıra biliblər

Göygöl bələdiyyləri torpaq vergisinin həcmini 20 faiz artıra biliblər

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Göygol rayonunda formalaşan 24 bələdiyyənin büdcə gəliri 308.200 manat olub. Bu 2021-ci llə müqayisədə 2 faiz geriləmə deməkdir.

Əldə edilən gəlirin 40.5 faizi vergilərdən, 59.5 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 16.9 faizi torpaq, 23.6 faizi əmlak vergisindən daxil olub.

Göygöl bələdiyyələrinin büdcə gəlirinin 41.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Göygöl bələdiyyələri 107.700 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisəfə 21 faiz çox deməkdir.  İl ərzində Gğygöl bələdiyyələrinə 50.200 manat dotasiya ayrılıb.

Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən,  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən  bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz