Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-11-2026 , 21:05

115

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ziya Kərimov: “Son illərdə bələdiyyənin büdcə gəlirlərində müsbət dinamika müşahidə olunur”


Kürdəmir rayonu Karrar qəsəbə Bələdiyyəsində 2027-ci il üçün büdcə layihəsinin müzakirəsi aparılıb. Bu barədə Karrar qəsəbə Bələdiyyəsinin sədri Ziya Kərimov məlumat verib.

Ziya Kərimov bildirib ki, 2027-ci il üçün bələdiyyə büdcəsinin gəlir hissəsinin 55.000 manat olması nəzərdə tutulub. Növbəti ilin büdcəsində əsas diqqət sosial müdafiə və müavinət xərclərinə, mədəniyyət, incəsənət, informasiya və digər fəaliyyətlərə, mənzil-kommunal təsərrüfatına, ətraf mühitin mühafizəsinə, nəqliyyat və rabitə təsərrüfatına, eləcə də yerli özünüidarəetmə fəaliyyətinə və digər zəruri xərclərə yönəldiləcək.

Bələdiyyə sədri qeyd edib ki, büdcə gəlirlərinin artırılması məqsədilə bələdiyyə mülkiyyətinin özəlləşdirilməsindən əldə olunan vəsaitlərin, fiziki şəxslərdən torpaq və əmlak vergiləri üzrə daxilolmaların, həmçinin bələdiyyə mülkiyyətinin icarəyə və istifadəyə verilməsindən əldə olunan gəlirlərin artırılması istiqamətində işlər nəzərdə tutulub.

Ziya Kərimovun sözlərinə görə, son illərdə bələdiyyənin büdcə gəlirlərində müsbət dinamika müşahidə olunur. Belə ki, 10 aylıq dövr üzrə büdcə gəlirləri 2025-ci ildə 24.185 manat, 2026-cı ildə isə 43.621 manat təşkil edib.

Bələdiyyə sədri vurğulayıb ki, əsas məqsəd mövcud gəlir mənbələrindən səmərəli istifadə etməklə büdcə daxilolmalarını artırmaq, əldə olunan vəsaitləri qəsəbənin sosial-iqtisadi inkişafına, abadlıq və quruculuq işlərinə, eləcə də sakinlərin rifahının yaxşılaşdırılmasına yönəltməkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər