Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-11-2026 , 20:06

114

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib

4 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qürurla yazılan tarix, nəsillərə ötürülən Zəfər!” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov “8 Noyabr – Zəfər Gününün Azərbaycan dövlətçilik tarixində yeri və əhəmiyyəti” mövzusunda çıxış edərək tarixi Qələbənin xalqımızın milli qürurunun, dövlətimizin gücünün və müstəqil siyasətinin təntənəsi olduğunu vurğulayıb.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxışında Zəfərin siyasi və ideoloji əsaslarından, milli birliyin Qələbədəki rolundan bəhs edib.
Daha sonra Zəfər tariximizə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Dəyirmi masada Mingəçevir Bələdiyyəsinin sədr müavini Ədalət Quliyeva Zəfərdən doğan milli qürur və Vətənə bağlılıq hissinin gələcək nəsillərə aşılanmasının vacibliyindən danışıb.
Bələdiyyənin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zahid Qasımlı Zəfər tariximizin təbliğində informasiya siyasəti və ictimai maarifləndirmənin rolunu diqqətə çatdırıb.
Millət vəkilinin köməkçisi, ehtiyatda olan mayor Pərviz Məmmədov isə Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi strategiyası, döyüş hazırlığı və Qələbəni şərtləndirən amillər barədə fikirlərini bölüşüb.
Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin milli birliyimizin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qüdrətinin təcəssümü olduğu vurğulanıb. Həmçinin Zəfər tariximizin yaşadılması, şəhidlərimizin xatirəsinin uca tutulması və vətənpərvərlik ideyalarının təbliğinin əhəmiyyəti qeyd olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər