Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-11-2026 , 20:57

56

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Nadir Orucov: “Büdcə vəsaitlərindən məqsədyönlü istifadə məsələləri daim diqqət mərkəzində saxlanılır”

Ağsu bələdiyyəsinin 2026-cı ilin ilk 10 ayı ərzində büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Belə ki, 2025-ci ilin ilk 10 ayında bələdiyyə büdcəsinin gəlirləri 50 441,55 manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 61 971,24 manata yüksəlib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirlərində 11 529,69 manat və ya təxminən 22,9 faiz artım qeydə alınıb.

Büdcə gəlirlərinin formalaşmasında əmlak və torpaq vergiləri, torpaq sahələrinin satışından və icarəsindən əldə olunan daxilolmalar, eləcə də digər vergi və ödənişlər mühüm rol oynayıb.

Bu barədə Belediyye.infoya Ağsu bələdiyyəsinin sədri Nadir Orucov məlumat verib.

Sədr bildirib ki, bələdiyyə büdcəsinin gəlirlərinin artırılması və mövcud maliyyə imkanlarının genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi, bələdiyyə uçotuna alınması və qanunvericiliyin tələblərinə uyğun olaraq vergiyə cəlb edilməsi istiqamətində işlərin gücləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, bələdiyyə büdcəsinin 2026-cı il üzrə layihəsi müzakirə olunub. Müzakirələr zamanı gəlir və xərclərin səmərəli planlaşdırılması, maliyyə intizamının gücləndirilməsi, eləcə də büdcə vəsaitlərindən məqsədyönlü və səmərəli istifadə məsələləri diqqət mərkəzində saxlanılıb.

Nadir Orucov vurğulayıb ki, Ağsu bələdiyyəsinin əsas məqsədi maliyyə imkanlarını artırmaq, yerli büdcənin gəlir mənbələrini genişləndirmək və əldə olunan vəsaitləri Ağsu sakinlərinin rifahının yüksəldilməsinə, eləcə də ərazinin sosial-iqtisadi inkişafına xidmət edən layihə və tədbirlərin həyata keçirilməsinə yönəltməkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər