Lerik bələdiyyəsi bu qəbristanlıqda abadlıq işləri həyata keçirib
Dini-mənəvi dəyərlərimizə, əcdadlarımızın uyuduğu müqəddəs məkanlara sahib çıxmaq hər birimizin mənəvi borcudur.
Sakinlərimizin müraciətlərini və ərazinin ehtiyaclarını nəzərə
alaraq növbəti vacib layihəni uğurla başa çatdırdıq.
Hıramo
qəbristanlığında həyata keçirilən abadlıq və hasarlama işləri çərçivəsində:
Ərazi
boyu keyfiyyətli beton bünövrə tökülmüşdür.
Beton
özülün üzərində profil dirəklər bərkidilərək ümumi uzunluğu 196 metr olan dəmir
tordan hasar çəkilmişdir.
Görülən
bu işlər qəbristanlıq ərazisinin xarici təsirlərdən qorunması, səliqəli və
nizamlı görünməsi üçün mühüm addımdır.
Vətəndaşlarımızın rahatlığı və dəyərlərimizin qorunması
istiqamətində gördüyümüz işlər bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.
Ceyhun Zahidov
Lerik bələdiyyəsinin sədri
Rəylər
0 Rəy