Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-09-2026 , 12:17

157

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İsmayıl Rəsulov: “Ağcabədi bələdiyyəsi şəhərin abadlaşdırılması istiqamətində məqsədyönlü layihələrin icrasını bundan sonra da davam etdirəcəkdir”

 

 “Ağcabədi bələdiyyəsi tərəfindən vətəndaşların müraciətləri nəzərə alınaraq şəhərin Əli Muxtarov küçəsi ilə Zəfər prospektinin kəsişməsində yeni piyada körpüsünün inşası uğurla başa çatdırılıb” – bu fikri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsmayıl Rəsulov deyib.

Sədr bildirib ki, layihənin əsas məqsədi ərazidə yaşayan sakinlərin, xüsusilə məktəblilərin hərəkət təhlükəsizliyinin təmin edilməsi, piyadaların rahat və təhlükəsiz keçidinin təşkili, eləcə də gündəlik gediş-gəliş zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılması olmuşdur.

Yeni inşa edilmiş piyada körpüsü piyadaların yolun qarşı tərəfinə təhlükəsiz keçidinə şərait yaradır. Körpü müvafiq təhlükəsizlik tələbləri nəzərə alınmaqla inşa edilmiş, ətraf ərazidə abadlaşdırma işləri həyata keçirilmişdir.

İsmayıl Rəsulov qeyd edib ki, görülən işlər sakinlərin məmnunluğuna səbəb olmaqla yanaşı, Ağcabədi bələdiyyəsinin vətəndaş müraciətlərinə həssas yanaşmasının, əhalinin rahatlığının və təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin növbəti nümunəsidir.

Ağcabədi bələdiyyəsi bundan sonra da sakinlərin müraciətlərini nəzərə alaraq, şəhərin abadlaşdırılması, infrastrukturun yaxşılaşdırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü layihələrin icrasını davam etdirəcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər