Şabran bələdiyyəsi növbəti layihəyə imza atıb
Şabran bələdiyyəsi tərəfindən rayonun Dəvəçikənd və Sincanboyad kəndlərində ərazilərin sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı təmizlik işləri həyata keçirilmişdir.
Aparılan tədbirlər çərçivəsində kənd ərazisində mövcud olan
zibillik sahələri xüsusi texnika və işçi qüvvəsi cəlb olunmaqla tam şəkildə təmizlənmiş,
məişət tullantıları ərazidən daşınaraq müvafiq qaydada utilizasiya olunmuşdur.
Görülən işlər nəticəsində kəndin ümumi ekoloji vəziyyəti yaxşılaşdırılmış, əhalinin
daha sağlam və təhlükəsiz mühitdə yaşaması istiqamətində mühüm addım
atılmışdır.
Şabran bələdiyyəsi tərəfindən həyata keçirilən bu kimi tədbirlər
ətraf mühitin mühafizəsi, gigiyenik qaydalara əməl olunması və yaşayış məntəqələrinin
abadlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə də bu istiqamətdə
işlərin davam etdirilməsi nəzərdə tutulur və vətəndaşların da ətraf mühitin
qorunmasında fəal iştirak etmələri vacib hesab olunur.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy