Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-09-2026 , 12:04

139

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran bələdiyyəsi növbəti layihəyə imza atıb


Şabran bələdiyyəsi tərəfindən rayonun Dəvəçikənd və Sincanboyad kəndlərində ərazilərin sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı təmizlik işləri həyata keçirilmişdir.

Aparılan tədbirlər çərçivəsində kənd ərazisində mövcud olan zibillik sahələri xüsusi texnika və işçi qüvvəsi cəlb olunmaqla tam şəkildə təmizlənmiş, məişət tullantıları ərazidən daşınaraq müvafiq qaydada utilizasiya olunmuşdur. Görülən işlər nəticəsində kəndin ümumi ekoloji vəziyyəti yaxşılaşdırılmış, əhalinin daha sağlam və təhlükəsiz mühitdə yaşaması istiqamətində mühüm addım atılmışdır.

Şabran bələdiyyəsi tərəfindən həyata keçirilən bu kimi tədbirlər ətraf mühitin mühafizəsi, gigiyenik qaydalara əməl olunması və yaşayış məntəqələrinin abadlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə də bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur və vətəndaşların da ətraf mühitin qorunmasında fəal iştirak etmələri vacib hesab olunur.

Şabran bələdiyyəsi 



Rəylər

0 Rəy


Rəy yaz