Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2026 , 20:15

79

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Nazim Kərimov: “Yerli vergilərin yığım həcmini 25 faizədək artırmışıq”

“Cari ilin səkkiz ayında Cəlilabad rayonu, Göytəpə bələdiyyəsi olaraq əldə edilən maliyyə vəsaitin həcmi 62.799 manata bərabər olub ki, bu vəsaitində 13.947 manatı əmlak vergisindən,  8.054 manatı   torpaq vergisindən,  37.087 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 3.710 manatı isə bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Nazim Kərimov deyib.

Sədr deyib ki, 2024-cü illə müqayisədə cari ilin səkkiz  ayında büdcə gəlirlərində  47 faizlik artım müşahidə olunub. Belə ki, 2024-ci ilin səkkiz  ayında  əldə edilən 42.704 manatın  12.467 manatı  əmlak vergisindən, 5.077  manatı   torpaq vergisindən, 2.700 manatı isə bələdiyyə mülkiyyətinin icarəsindən,  22.460  manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olmuşdur.

Sədr qeyd edib ki,  yerli vergilərin yığmında 25 faizlik artım müşahidə olunub. Bu artımla qəne olmayan sədr bildirib ki, cari ilin sonundək artım səviyyəsini 30 faizədək çatdırmaq niyyətindəyik.

Belediyye.info

 

  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər