Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-07-2026 , 09:17

104

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

"Nar Bağı" ailəvi-uşaq parkında işlər davam edir

Cəlilabad şəhərində salınan "Nar Bağı" ailəvi-uşaq parkında tikinti və abadlıq işləri mərhələli şəkildə davam etdirilir.
Cəlilabad Bələdiyyəsinin vəsaiti və Kommunal Müəssisələri Kombinatının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində parkın müasir standartlara uyğun şəkildə qurulması istiqamətində işlər plan üzrə icra olunur.
Növbəti mərhələdə ərazidə işıqlandırma sistemi quraşdırılıb və bununla da parkın axşam saatlarında təhlükəsiz və rahat istifadəsi üçün əlverişli şərait yaradılıb.
Layihənin başa çatdırılmasından sonra "Nar Bağı" ailəvi-uşaq parkı şəhər sakinlərinin, xüsusilə uşaqların və ailələrin asudə vaxtını səmərəli keçirməsi üçün müasir istirahət məkanlarından birinə çevriləcək.
Cəlilabad şəhərində həyata keçirilən abadlıq və infrastruktur layihələri şəhərin inkişafına, sakinlərin rahatlığına və yaşayış mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Cəlilabad Bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər