Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-07-2026 , 14:29

144

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Zeynəlabdin Zeynalov: “Bələdiyyəmiz kənd ərazisində vətəndaş məmnunluğunu təmin etmək üçün bütün qüvvələri daim səfərbər edir”

“Fəaliyyətimizi  əsasən sakinlərin müraciəti əsasında qururuq”- bu fikirləri Masallı rayonu, Yeddioymaq bələdiyyəsinin sədri Zeynəlabdin Zeynalov deyib.

Sədrin sözlərinə görə, bu günlərdə sakinlərin müraciətinə əsasən kənd qəbirstanlığında təmizlik işləri aparılmış,  ərazi həm alaq otlarından, həm də bərk məişət tullantılarından təmişlənmişdir. Bununla yanaşı qəbirstanlıqda ağacların sulanması üçün  yeni su nasosu alınaraq quraşdırılmışdır.

Bələdiyyə iclasının qərarı ilə həyata keçirilən layihə çərçivəsində ərazinin işıqlandırılmasıdakı problemlər də aradan qaldırılmışdır.

Sədr qeyd edib ki, mütəmadi olaraq bələdiyyə inzibati ərazi daxilində olan qəbirstanlıqlardakı vəziyyəti daim nəzarətdə saxlayır.  Bununla yanaşı kənd sakinlərinin, gənclərin və könüllülərin iştirakı ilə iməcilikləri təşkil edilir.

Sədr qeyd edib ki, bələdiyyəmiz kənd ərazisində vətəndaş məmnunluğunu təmin etmək üçün bütün qüvvələri daim səfərbər edir.

Əlavə edək ki, 2025-ci ilin yanvarında keçirilən bələdiyyə seçkilərində  Şıxlar bələdiyyəsi Yeddioymaq bələdiyyəsinə birləşdirilib.

Hazırda Yeddioymaq bələdiyyəsinin inzibati ərazisinə Birinci Yeddioymaq, İkinci Yeddioymaq, Qasımlı və Şıxlar kəndləri daxildir.

Sonuncu bələdiyyə seçkilərində Yeddioymaq bələdiyyəsinə on bir üzvü seçilib.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz