Zeynəlabdin Zeynalov: “Bələdiyyəmiz kənd ərazisində vətəndaş məmnunluğunu təmin etmək üçün bütün qüvvələri daim səfərbər edir”
“Fəaliyyətimizi əsasən sakinlərin müraciəti əsasında qururuq”- bu fikirləri Masallı rayonu, Yeddioymaq bələdiyyəsinin sədri Zeynəlabdin Zeynalov deyib.
Sədrin sözlərinə görə, bu günlərdə sakinlərin
müraciətinə əsasən kənd qəbirstanlığında təmizlik işləri aparılmış, ərazi
həm alaq otlarından, həm də bərk məişət tullantılarından təmişlənmişdir.
Bununla yanaşı qəbirstanlıqda ağacların sulanması üçün yeni su nasosu
alınaraq quraşdırılmışdır.
Bələdiyyə iclasının qərarı ilə həyata keçirilən
layihə çərçivəsində ərazinin işıqlandırılmasıdakı problemlər də aradan
qaldırılmışdır.
Sədr qeyd edib ki, mütəmadi olaraq bələdiyyə
inzibati ərazi daxilində olan qəbirstanlıqlardakı vəziyyəti daim nəzarətdə
saxlayır. Bununla yanaşı kənd sakinlərinin, gənclərin və könüllülərin
iştirakı ilə iməcilikləri təşkil edilir.
Sədr qeyd edib ki, bələdiyyəmiz kənd ərazisində vətəndaş
məmnunluğunu təmin etmək üçün bütün qüvvələri daim səfərbər edir.
Əlavə edək ki, 2025-ci ilin yanvarında keçirilən
bələdiyyə seçkilərində Şıxlar bələdiyyəsi Yeddioymaq bələdiyyəsinə birləşdirilib.
Hazırda Yeddioymaq bələdiyyəsinin inzibati ərazisinə Birinci
Yeddioymaq, İkinci Yeddioymaq, Qasımlı və Şıxlar kəndləri daxildir.
Sonuncu bələdiyyə seçkilərində Yeddioymaq bələdiyyəsinə on bir üzvü seçilib.
Belediyye.info
Rəylər
0 Rəy