Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-04-2026 , 23:37

86

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “İrəliləyişə yalnız bələdiyyənin vergi-uçot sistemini yenidən qurmaqla nail olduq”  

“Bu gün bələdiyyənin maliyyə gəlirlərinin artması vətəndaşın probleminin azalması deməkdir”-bu fikirləri Belediyye.infoya Ağcabədi rayonu, Hindarx bələdiyyəsinin sədri Xaliq Allahverənzadə deyib.

Bələdiyyə sədri seçildiyi gündən Xaliq Allahverənzadənin əsas məqsədi qəsəbədə bələdiyyənin çəki və nüfuzunun artması üçün bələdiyyənin üzləşdiyi maliyyə çətinliyini aradan qaldırmaq olub.

Sədr deyib ki, bələdiyyənin vergi-uçot sisteminin yenidən qurulması vaxt aparsa da irəliləyişə nail ola bildik.  Bu gün artıq əldə etdiyimiz ilkin nəticələr bunu deyir.

Belə ki, ötən ilin birinci rübündə bələdiyyənin əldə etdiyi vergilərin həcmi   960 manat olmaqla, onun  98 manatı əmlak vergisindən, 862 manatı isə  torpaq vergisindən daxil olub. Cari ilin birinci rübündə isə bu rəqəm ümumilikdə  14.123 manat olmaqla, əmlak vergisi üzrə 2.825 manat, torpaq vergisi üzrə isə 11.298 manat əldə olunub.

Göründüyü kimi,  əmlak vergisinin həcmi 28 dəfə, torpaq vergisinin həcmi isə 13 dəfəyədək artıb.

Sədr qeyd edib ki, hazırda bələdiyyənin vergi xidmətinin əsas vəzifəsi BAMS proqramında mövcud olmuş boşluqarı aradan qaldırmaqla, hər bir vergi ödəyicisi barədə məlumatı dəqiqləşdirməklə sistemə yerləşdirməkdən ibarətdir. Növbəti ildən bildirişlərin yalnız onlayn şəkildə veriləcəyini nəzərə alsaq bələdiyyənin bu  addımı  zəruri bir addım hesab edilməlidir. Yalnız bu addımları atmaqla hədəfə çata bilərik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər