Bələdiyyə sədri: “İrəliləyişə yalnız bələdiyyənin vergi-uçot sistemini yenidən qurmaqla nail olduq”
“Bu gün bələdiyyənin maliyyə gəlirlərinin artması vətəndaşın probleminin azalması deməkdir”-bu fikirləri Belediyye.infoya Ağcabədi rayonu, Hindarx bələdiyyəsinin sədri Xaliq Allahverənzadə deyib.
Bələdiyyə
sədri seçildiyi gündən Xaliq Allahverənzadənin əsas məqsədi qəsəbədə bələdiyyənin
çəki və nüfuzunun artması üçün bələdiyyənin üzləşdiyi maliyyə çətinliyini
aradan qaldırmaq olub.
Sədr
deyib ki, bələdiyyənin vergi-uçot sisteminin yenidən qurulması vaxt aparsa da
irəliləyişə nail ola bildik. Bu gün artıq
əldə etdiyimiz ilkin nəticələr bunu deyir.
Belə
ki, ötən ilin birinci rübündə bələdiyyənin əldə etdiyi vergilərin həcmi 960
manat olmaqla, onun 98 manatı əmlak
vergisindən, 862 manatı isə torpaq
vergisindən daxil olub. Cari ilin birinci rübündə isə bu rəqəm ümumilikdə 14.123 manat olmaqla, əmlak vergisi üzrə 2.825
manat, torpaq vergisi üzrə isə 11.298 manat əldə olunub.
Göründüyü
kimi, əmlak vergisinin həcmi 28 dəfə, torpaq
vergisinin həcmi isə 13 dəfəyədək artıb.
Sədr qeyd edib ki, hazırda bələdiyyənin vergi xidmətinin əsas vəzifəsi BAMS proqramında mövcud olmuş boşluqarı aradan qaldırmaqla, hər bir vergi ödəyicisi barədə məlumatı dəqiqləşdirməklə sistemə yerləşdirməkdən ibarətdir. Növbəti ildən bildirişlərin yalnız onlayn şəkildə veriləcəyini nəzərə alsaq bələdiyyənin bu addımı zəruri bir addım hesab edilməlidir. Yalnız bu addımları atmaqla hədəfə çata bilərik.
Belediyye.info
Rəylər
0 Rəy