Qalib Mirzəyev: “Əmlak vergisinin həcmində 31 faizlik artımın olması bizi qane etmir”
“2024-cü ilin birinci rübü ilə müqayisədə cari ilin birinci
rübündə ümumi büdcə gəlirlərində 52 faizlik artım müşahidə olunub” – bu fikirləri
Belediyye.infoya İmişli bələdiyyəsinin sədri Qalib Mirzəyev deyib.
Sədr qeyd edib ki, İmişli bələdiyyəsi 2024-cü ilin 1-ci rübü
ərzində əldə etdiyi 28.750 manatın 14.260 manatı əmlak vergisindən, 4.565
manatı torpaq vergisindən, 1.224 manatı bələdiyyə əmlakının icarəsindən və
istifadəyə verilməsindən, 8.650 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən
və 50 manatı isə stasionar və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərdən
daxil olub.
2025-cü ilin 1-ci rübü ərzində əldə etdiyi 39.144 manatın 10.408
manatı əmlak vergisindən, 16.277 manatı torpaq vergisindən, 10.408 manatı bələdiyyə
əmlakının icarəsindən və istifadəyə verilməsindən, 1.625 manatı bələdiyyə əmlakının
özgəninkiləşdirilməsindən və 366 manatı isə stasionar və səyyar ticarət,
ictimai iaşə və digər xidmətlərdən daxil olub.
2026-cü ilin 1-ci rübü ərzində isə əldə etdiyi 55.252 manatın
18.782 manatı əmlak vergisindən, 9.116 manatı torpaq vergisindən, 6.018 manatı bələdiyyə
əmlakının icarəsindən və istifadəyə verilməsindən, 21.040 manatı bələdiyyə əmlakının
özgəninkiləşdirilməsindən və 296 manatı isə stasionar və səyyar ticarət,
ictimai iaşə və digər xidmətlərdən daxil olub.
Sədr qeyd edib ki, əmlak vergisinin həcmində 31 faizlik artımın olması, hələ ki, bizi qane etmir. Odur ki, bələdiyyənin vergi xidmətinin bu gün əsas fəaliyyəti BAMS proqramının verdiyi bütün imkanlardan yararlanaraq büdcə gəlirlərini artırmağa yönəlib.
Belediyye.info
Rəylər
0 Rəy