Zülfüqar Yusifov: “Birinci rübdə büdcə gəlirlərində ikidəfəyədək artım müşahidə olunub”
“Gədəbəy bələdiyyəsi olaraq əsas məqsədimiz büdcə gəlirlərini artırmaqla sakinlərə göstərdiyimiz xidmət səviyyəsini artırmaqdır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Zülfüqar Yusifov deyib.
Sədr qeyd edib ki, əgər 2024-cü ilin birinci rübündə 10.358 manat əldə edilmişdirsə, cari
ilin birinci rübündə bu rəqəm 20.718
manata bərabər olub. Bu isə büdcə gəlirlərində iki dəfəyədək artım deməkdir. Əldə edilən vəsait əsasən torpaq, əmlak, icarə haqqlarından, mehmanxana
rüsumlarından və torpaq satışından daxil olub.
Sədr bildirib ki, əldə edilən maliyyə vəsaiti artdıqca
sakinlərə göstərilən xidmətin operativliyi və keyfiyyəti də artmaqdadır.
Belediyye.info
Rəylər
0 Rəy