Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-03-2026 , 17:40

146

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Aqil Heydərov: “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə küçə və məhəllələrə onların adlarının verilməsi cəmiyyətimizin mənəvi borcudur”

“Saatlı Bələdiyyəsi tərəfindən şəhidlərə və şəhid ailələrinə hörmət, diqqət və qayğı əlaməti olaraq küçələrin adlandırılması və ünvan lövhələrinin quraşdırılması baş tutub”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Aqil Heydərov deyib.

Sədr qeyd edib ki, Saatlı Bələdiyyəsinin təşəbbüsü və Saatlı şəhər inzibati ərazi dairəsinin birgə əməkdaşlığı ilə baş tutan tədbirdə 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı şəhid olan Xalid Nəciyev, İsa Hüseynov, Elmir İbrahimov, Nahid Nəsirov, Rəşad Həsənli və  Şahid Əhmədovun adları Saatlı şəhər və rayonu ərazisində müvafiq küçələrə verilib. Quraşdırılma zamanı şəhid valideynləri şəxsən iştirak edərək göstərilən diqqət haqqında danışıb xoş sözlər deyiblər.

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə küçə və məhəllələrə onların adlarının verilməsi cəmiyyətimizin mənəvi borcudur. Bu istiqamətdə bələdiyyələrin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Saatlı Bələdiyyəsi yerli özünüidarəetmə orqanı olaraq ərazi üzrə təşəbbüslərin həyata keçirilməsində fəal rol oynayır, şəhidlərin adlarının küçə lövhələrində əks olunması prosesinə dəstək verir. Küçə lövhələrində şəhidlərin adlarının əks olunması onların qəhrəmanlığının unudulmamasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edir. Bu təşəbbüs, eyni zamanda, şəhid ailələrinə göstərilən mənəvi dəstəyin bir formasıdır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər