Aqil Heydərov: “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə küçə və məhəllələrə onların adlarının verilməsi cəmiyyətimizin mənəvi borcudur”
“Saatlı Bələdiyyəsi tərəfindən şəhidlərə və şəhid ailələrinə hörmət, diqqət və qayğı əlaməti olaraq küçələrin adlandırılması və ünvan lövhələrinin quraşdırılması baş tutub”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Aqil Heydərov deyib.
Sədr qeyd edib ki, Saatlı Bələdiyyəsinin təşəbbüsü və Saatlı
şəhər inzibati ərazi dairəsinin birgə əməkdaşlığı ilə baş tutan tədbirdə
2020-ci ildə baş verən Vətən müharibəsi zamanı şəhid olan Xalid Nəciyev, İsa
Hüseynov, Elmir İbrahimov, Nahid Nəsirov, Rəşad Həsənli və Şahid Əhmədovun adları Saatlı şəhər və rayonu
ərazisində müvafiq küçələrə verilib. Quraşdırılma zamanı şəhid valideynləri şəxsən
iştirak edərək göstərilən diqqət haqqında danışıb xoş sözlər deyiblər.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə küçə və məhəllələrə
onların adlarının verilməsi cəmiyyətimizin mənəvi borcudur. Bu istiqamətdə bələdiyyələrin
iştirakı xüsusi əhəmiyyət kəsb edir. Saatlı Bələdiyyəsi yerli özünüidarəetmə
orqanı olaraq ərazi üzrə təşəbbüslərin həyata keçirilməsində fəal rol oynayır,
şəhidlərin adlarının küçə lövhələrində əks olunması prosesinə dəstək verir. Küçə
lövhələrində şəhidlərin adlarının əks olunması onların qəhrəmanlığının
unudulmamasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət
edir. Bu təşəbbüs, eyni zamanda, şəhid ailələrinə göstərilən mənəvi dəstəyin
bir formasıdır.
Belediyye.info
Rəylər
0 Rəy