Vergidən Vətənə dəyər: Şirvanda sosial ədalətə xidmət edən uğurlu yol
Şirvan Bələdiyyəsi tərəfindən 2026-cı ilin yanvar–fevral
ayları ərzində aparılan sistemli işlər nəticəsində yerli vergi və ödənişlərin
yığımında müsbət dinamika müşahidə olunmuşdur. Vergi intizamının gücləndirilməsi
və vətəndaşlarla qarşılıqlı etimad əsasında qurulan münasibətlər qısa müddətdə
real nəticələr verməkdədir.
Azərbaycan Respublikasının “Bələdiyyələrin maliyyəsinin əsasları
haqqında” Qanununa uyğun olaraq 2026-cı ilin ilk iki ayında yerli büdcəyə daxil
olan vəsaitlər təyinatı üzrə yönəldilmiş, sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi
prioritet təşkil etmişdir.
Toplanan
vergi və ödənişlər hesabına:
-Şəhid ailələrinə
və müharibə iştirakçılarına göstərilən maddi və mənəvi dəstək davam etdirilmiş,
onların sosial rifahının yaxşılaşdırılması istiqamətində konkret addımlar
atılmışdır;
-Aztəminatlı
ailələrə ünvanlı sosial yardımlar edilmiş, sosial müdafiəyə xüsusi ehtiyacı
olan ailələr diqqətdə saxlanılmışdır;
-Sosial ədalət
prinsipinə əsaslanan yerli təşəbbüslər və ictimai faydalı layihələr dəstəklənmişdir.
Qeyd olunan fəaliyyətlər Azərbaycan Respublikasının
Konstitusiyasında təsbit edilmiş sosial dövlət prinsiplərinə, habelə yerli
özünüidarəetmə orqanlarının vətəndaşlara xidmət missiyasına tam uyğundur.
Şirvan bələdiyyəsi 2026-cı ilin növbəti aylarında da vergi
yığımında şəffaflıq və səmərəliliyi qorumaqla, əldə olunan hər vəsaiti vətəndaş
rifahına yönəlməsini təmin etməyi əsas məqsəd kimi qarşıya qoyur.
Şirvan şəhərində 2026-cı ilin ilk ayları göstərdi: vergi –
etimadın, etimad isə sosial inkişafın əsasını təşkil edir.
İlham
Səfərov
Şirvan
bələdiyyəsinin sədri
Rəylər
0 Rəy