Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-03-2026 , 18:05

67

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Vergidən Vətənə dəyər: Şirvanda sosial ədalətə xidmət edən uğurlu yol


Şirvan Bələdiyyəsi tərəfindən 2026-cı ilin yanvar–fevral ayları ərzində aparılan sistemli işlər nəticəsində yerli vergi və ödənişlərin yığımında müsbət dinamika müşahidə olunmuşdur. Vergi intizamının gücləndirilməsi və vətəndaşlarla qarşılıqlı etimad əsasında qurulan münasibətlər qısa müddətdə real nəticələr verməkdədir.

Azərbaycan Respublikasının “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanununa uyğun olaraq 2026-cı ilin ilk iki ayında yerli büdcəyə daxil olan vəsaitlər təyinatı üzrə yönəldilmiş, sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi prioritet təşkil etmişdir.

Toplanan vergi və ödənişlər hesabına:

-Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən maddi və mənəvi dəstək davam etdirilmiş, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində konkret addımlar atılmışdır;

-Aztəminatlı ailələrə ünvanlı sosial yardımlar edilmiş, sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələr diqqətdə saxlanılmışdır;

-Sosial ədalət prinsipinə əsaslanan yerli təşəbbüslər və ictimai faydalı layihələr dəstəklənmişdir.

Qeyd olunan fəaliyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sosial dövlət prinsiplərinə, habelə yerli özünüidarəetmə orqanlarının vətəndaşlara xidmət missiyasına tam uyğundur.

Şirvan bələdiyyəsi 2026-cı ilin növbəti aylarında da vergi yığımında şəffaflıq və səmərəliliyi qorumaqla, əldə olunan hər vəsaiti vətəndaş rifahına yönəlməsini təmin etməyi əsas məqsəd kimi qarşıya qoyur.

Şirvan şəhərində 2026-cı ilin ilk ayları göstərdi: vergi – etimadın, etimad isə sosial inkişafın əsasını təşkil edir.

İlham Səfərov

Şirvan bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər