Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-02-2026 , 20:51

454

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova: “Mövcud rəqəmlər ərazinin real vergi və icarə potensialını tam əks etdirmir”

"Masallı rayonu Boradigah bələdiyyəsi üzrə aparılan  müqayisəli təhlillər göstərir ki, 2023–2025-ci illər ərzində torpaq, əmlak və torpaq icarə haqları üzrə büdcə daxilolmalarında ildən-ilə artım müşahidə olunub”- bu fikirləri  adıçəkilən bələdiyyənin sədri Tünzalə Qardaşova deyib. 

Sədrin sözlərinə görə, bələdiyyə bu göstəricilərlə razı deyil və mövcud rəqəmlər ərazinin real vergi və icarə potensialını tam əks etdirmir. Büdcə gəlirlərinin daha da artırılması məqsədilə torpaq və əmlak obyektləri üzrə uçotun dəqiqləşdirilməsi aparılacaq, həmçinin ödəniş intizamının gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçiriləcək. Görülən bu işlərin nəticəsində növbəti dövrlərdə büdcə daxilolmalarının daha yüksək səviyyədə formalaşacağı gözlənilir. 

Xatırladaq ki,  Boradigah bələdiyyəsi  2023-cü ildə torpaq vergisi üzrə  2.285 manat, əmlak vergisi üzrə 1. 374 manat, torpaq icarə haqları üzrə isə 4.098 manat təşkil etmişdir.  2024-cü ildə  torpaq vergisi üzrə daxilolmaların həcmi  3.633 manat, əmlak vergisi üzrə 2.537 manat, torpaq icarə haqları üzrə isə 6.686 manat olmuşdur.  

Sədr qeyd edib ki, ötən il bələdiyyəni həyata keçirdiyi tədbirlər sayəsində hər bir parametr üzrə artım müşahidə olunub. Belə ki, 2025-ci ildə isə torpaq vergisi üzrə  4.134 manat, əmlak vergisi üzrə 4.500 manat, torpaq icarə haqları üzrə isə 9.600 manat olmuşdur.

Hər bir bələdiyyənin vergi xidməti yaxşı  bilir ki, əldə olunan maliyyə vəsaiti artdıqca vətəndaşların qaldırdığı problemlərin həlli də sürətlənir. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər