Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-02-2026 , 22:25

434

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Könüllülük fəaliyyəti çərçivəsində gənclər bələdiyyə idarəetməsi üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər"

“Mingəçevir bələdiyyəsində iki gənci könüllülük fəaliyyəti üçün qəbul etdik”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri  Anar İsmayılov deyib.

Sədrin sözlərinə görə, “Könüllülük fəaliyyəti haqqında” Qanununa uyğun olaraq həyata keçirilən bu təşəbbüs gənclərin yerli özünüidarəetmə prosesində fəal iştirakına imkan yaradır.

Könüllülük fəaliyyəti çərçivəsində gənclər bələdiyyənin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olacaq, yerli özünüidarəetmə, idarəetmə prosesləri və ictimai xidmət sahələri üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər. Eyni zamanda, onlar şəhər miqyaslı sosial və ictimai layihələrin icrasında fəal iştirak edərək real təcrübə qazanacaqlar.

Görüş zamanı könüllülük fəaliyyəti yalnız təcrübə qazanmaq deyil, həm də cəmiyyətə töhfə vermək, sosial məsuliyyət hissini formalaşdırmaq üçün mühüm imkan olmasınl  gənclərə məlumat verildi.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçdi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam etdirildi.

Sonda sədr Anar İsmayılov gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər