Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-05-2025 , 08:34

583

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ali Səviyyəli Komitəsinin sessiyasında
Qlobal Cənub QHT Platformasından bəhs olunub

2025-ci il mayın 27-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva BMT-nin Baş Qərargahında təşkil olunan BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ali Səviyyəli Komitəsinin 22-ci sessiyasında çıxış edib.
“Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin Sürətləndirilməsi: Dəyişikliklərə Təsir edən Cənub-Cənub Əməkdaşlığı” mövzusuna həsr edilən sessiyada Aygün Əliyeva bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları Qlobal Cənub ölkələrinin QHT-ləri ilə əməkdaşlığı dərinləşdirməkdədir. A.Əliyeva qeyd edib ki, bu yaxınlarda 116 ölkədən nüfuzlu QHT-lərin iştirakı və güclü dəstəyi ilə Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub. O, BMT-nin bir sıra məsul şəxslərinin də təsis konfransında iştirak etdiyini vurğulayıb. Həmçinin məlumat verilib ki, 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası da Bakıda keçiriləcək.
A.Əliyeva BMT strukturlarında Qlobal Cənubdan olan QHT-lərin Qlobal Şimalla müqayisədə məhdud təmsilçiliyinə də diqqət çəkib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Prezidentin cavablandırdığı suallar - Tam mətn

Gündəlik Xəbərlər
20-07-2025
88

Yeni Əməkdaşlıq Dövrü

Gündəlik Xəbərlər
03-07-2025
560

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
735

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
636

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
725

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
2210

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
654

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
658