Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-04-2025 , 13:46

1383

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Son günlər Bakı Şəhər İcra Hakimiyyətində bir çox yeni təyinatların olması, üstəlik uzun illərdən sonra  vakant olan müavin vəzifələrdən birinə təyinatın olması bütün diqqəti yenə  paytaxt merinin üzərinə yönəltmiş oldu.

Uzun illər əvvəl tanıdığım, habelə fəaliyyətini daim izlədyim bir insan haqqında hansısa fikri söyləmək bu gün mənə elə də cətin deyil. Çünki Eldar Əzizovun Bakı ŞİH qədəm qoyduğu ilk gündən bu günədək fəaliyyəti göz önümdədir. İstər Nizami, İstər Gəncə Sumqayıt, istərsə də Səbail RİH-də çalışdığı dövrdə hər zaman kreativ layihələrlə gündəmdə olan bir insanı siyasi rəhbər olaraq fəaliyyətinə qiymət vermək elə də çətin deyil.

Qısa şəkildə istərdim haqqında danışdığım siyasi rəhbərin fərqli cəhətlərindən yalnız bir məqama toxunum.

Məmur olaraq gözütox olması ilə seçilən Eldar Əzizov paytaxtda kifayət qədər park və bağların salınması, şəhərin bir paytaxt olaraq Azərbaycana layiq şəhər olmasına çalışması deyərdim ki onun fəaliyyətinin  bəlkə də ən əsas istiqamətidir.

Lakin onu fərqləndirən digər əsas məqam isə Eldar Əzizovun özünün siyasi kadr məktəbinin yaratmasıdır.  Bu “məktəbdə” kadrlardan əsas tələb Vətəninə, xidmətində dayadqıları dövlətinə layiqincə xidmət edilməsi dayanır. Yəni bu məqamda o kadrın haralı olması Eldar Əzizov üçün heç bir əhəmiyyət kəsb etmir. Onun komandasında ölkəmizin bütün istiqamətlərindən olan şəxslər var.

Bu gün məhz bu prinsiplə fəaliyyət göstərən Eldar Əzizovun kadr məktəbini əla qiymətlərlə başa vuranlar hərəsi bir sahəyə təyinat alıb, artıq özləri siyasi rəhbər olaraq vətəndaş məmnunluğunun təmin edilməsinə dəstək verirlər.  Onu da etiraf edim ki, bu məktəbi əla qiymətlərlə bitirib, lakin fəaliyyətində qüsurlara yol verənlər olsa da, bütün hallarda siyasi kadr məktəbi fəaliyyətdədir və kadrlar yetişdirilməsi davam edir.

Hər  halda bu işdə dəyərli Eldar Əzizova uğurlar arzulayır, düşünürəm ki, yeni təyinat alanlar, habelə  digər “məzunlar”da hansı “məktəbi” bitirdiklərinin fərqində olub, Vətəninə, dövlətinə daha sədaqətlə xidmətlərini  davam edəcəklər.

Vüqar Tofiqli 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
716

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
744

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
869

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
780

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
838

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
754

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
908