Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-03-2025 , 18:52

808

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Şuşa rayonunda Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı yığıncaq keçirilmişdir


 17.03.2025-ci il tarixində Şuşa Rayon İcra Hakimiyyətinin İnzibati binasında rayonun aqrar sektronun inkişafına statistik  baxış və bu il keçiriləcək kənd təsərrüfatı siyahıyaalınmasına dair yığıncaq keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Bayram Səfərov, Yardım komissiyasının sədri, Şuşa Rayon İcra Hakimiyyəti başçısının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qalib Kazımov və digər komissiya üzvləri, ərazi İcra nümayəndələri  iştirak etmişdilər.

 Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbiri açaraq mövzu ilə bağlı fikirlərini bildirmişdir. Sonra Komissiyanın sədri Qalib Kazımov və Şuşa  Rayon Statistika İdarəsinin rəisi Anar Xəlilov çıxış edərək yığıncaq iştirakçılarının nəzərinə 2025-ci ilin iyul-avqust aylarında Şuşa rayonunda keçiriləcək kənd təsərrüfatının siyahıya alınması ilə bağlı qarşıda duran vəzifələr və görüləcək işlərlə bağlı məlumatları görüş iştirakçılarının nəzərinə çatdırdılar. Çıxışçılar iclas iştirakçılarının nəzərinə siyahıyaalınmanın keçirilməsi forması, tarixi, təlimatçı nəzarətçilərin və sayıcıların seçilmə qaydası, o cümlədən qəbul edilmiş normativ hüquqi aktlar barədə geniş məlumat verdilər. Yığıncaqda qarşıya qoyulan vəzifələrlə bağlı geniş müzakirələr aparıldı və müvafiq tapşırıqlar verildi.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
1203

Yeni seçilən bələdiyyə sədrlərinin diqqətinə: CİDDİ

Gündəlik Xəbərlər
05-03-2025
1049

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
965

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
1054

Elşad Vəliyev Xətai bələdiyyəsinin sədri seçilib 


Gündəlik Xəbərlər
17-02-2025
1749

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA

Gündəlik Xəbərlər
15-02-2025
1672

Assosiasiyada Təmraz Tağıyevin yubileyi qeyd edilib 

Gündəlik Xəbərlər
14-02-2025
738

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Gündəlik Xəbərlər
14-02-2025
1105