Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-03-2025 , 21:34

1615

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə Nazirliyi yeni seçilmiş bələdiyyə üzvləri üçün seminar-müşavirə təşkil edib

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən sonuncu seçkilərdən sonra formalaşmış Bakı bələdiyyələrinin və Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələrinin iştirakı ilə seminar-müşavirələr keçirilib.

Tədbirlərdə Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2024-cü il üzrə illik məruzəsinin Milli Məclisdə müzakirəsi zamanı yerli özünüidarəetmənin problemləri ilə bağlı deputatlar tərəfindən qaldırılmış məsələlər müzakirə olunaraq onların icrası istiqamətində tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda, bələdiyyələrin hüquqi maarifləndirilməsi və onlara fəaliyyətlərinin qanunauyğun qurulmasına metodoloji köməklik göstərilməsi üzrə tədbirlər barədə ətraflı məlumat verilərək belə tədbirlərin mütəmadi davam etdirilməsindən  bəhs olunub.

Tədbirlərdə bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması,  korrupsiyaya qarşı mübarizə və maraqların toqquşması sahəsində təqdimatlar edilərək, korrupsiya hüquq pozuntuları, korrupsiya hüquq pozuntularının subyektləri, bu pozuntuların törədilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, bələdiyyə üzv və qulluqçularının etik davranış qaydaları barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, yerli özünüidarəetmənin mahiyyətinə uyğun olaraq yerli əhali ilə sıx təmasların, bələdiyyələrin fəaliyyəti barədə əhalinin mütəmadi məlumatlandırılmasının və onların fəaliyyətinin mediada işıqlandırılmasının əhəmiyyəti, beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin gücləndirilməsi, yerli vergilərin yığılması ilə bağlı qanunvericiliyin tələbləri və s. məsələlər də müzakirə olunaraq bu istiqamətdə bir sıra tövsiyələr verilib.

Sonda bələdiyyələr tərəfindən səsləndirilən məsələlər üzrə fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.  

https://justice.gov.az/news/3898?fbclid=IwY2xjawI4DKBleHRuA2FlbQIxMAABHb4oNZd13nUMT1M2Qjm-zdwE8hwuktClVQ7qwFkRe9BxulCCzXRNIoiTeA_aem_ca5xl-ULfW7Z8gyD4GvlfQ



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
716

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
740

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
863

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
777

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
837

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
753

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
907