Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-04-2025 , 22:12

925

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əhmədli bələdiyyəsində sahibkarlarla görüş keçirilib

“Xətai rayonu, Əhmədli bələdiyyəsinin inzibati binasında  KOBİA-nın  və qəsəbədə fəaliyyətdə olan kiçik və orta sahibkarların iştirakı ilə görüş keçirilib”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Allahverdi Həsənli bildirib.

Sədr hazırda bələdiyyənin fəaliyyəti, əldə etdiyi uğurları və üzləşdikləri problemlərdən danışaraq bu kimi görüşlərin keçirilməsinin zəruriliyindən danışıb.

Sədr ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün hər cür şəraitin yaradıldığını və bu işdə bələdiyyənin də maraqlı olduğunu qeyd edib. Sədr qeyd edib ki, bu gün bələdiyyə maliyyə çətinliyi ilə üz-üzə qalsada var qüvvəsini səfərbər etməklə həm problemi həll etməyi, həm də sahibkarların üzləşdiyi problemlərin həllində KOBİA-nın lazımi dəstəyinə ümid edir.

KOBİA-nın  rəsmi nümayəndəsi Fariz Bağırov hazırda ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostu (KOB Dostu) şəbəkəsi Agentliyin mühüm strateji layihələrindən biri oldugunu qeyd edib və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirildiyini bildirib. Hazırda əsas fəaliyyət istiqamətlərindən biri KOB dostlarının fəaliyyəti yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönəldilmişdir. Bu məqsədlə potensial investisiya layihələri müəyyən edilir və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq edilir.

Bu gün KOB dostlarının fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsaylı dəstəklərin verilməsindən ibarətdir.

KOB dostlarının fəaliyyətinin digər mühüm istiqaməti KOB-ların hüquqlarının müdafiəsi istiqamətindədir. KOB-ların hüquqlarının müdafiəsi, yarana biləcək problemlərinin həllinin dövlət-sahibkar əməkdaşlıq platformasinda yerində operativ həlli nəzərdə tutulur.

Sonda iştirkaçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda görüş iştikaçıları  əsaslı təmirdən sonra istifadəyə verilən Əhmədli Məscidini ziyarət ediblər.

Tədbir iştirakçıları Əhmədli Məscidin bərpasında göstərdiyi dəstəyə görə, Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.  

Belediyye.info 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər