Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-11-2024 , 18:22

2936

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Vüqar Tofiqli: "Elə etməliyik ki, yeni yaranan bələdiyyə fəaliyyətə borcla başlamasın"

"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə” qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Bə bələdiyyələrin birləşdirilməsi onların fəaliyyətində nəyi dəyişəcək? Digər hansı addımlara ehtiyac var? Bələdiyyə ərazisində yaşayan insanlara xidmət hansı səviyyədədir?

Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a bildirib ki, bələdiyyələrin inkişafına söykənən istənilən addımın atılması təqdirə layiqdir:

“Birləşdirmə, nəticə etibarı ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə və onların seçicilərinə, sakinlərinə göstərdiyi xidmət səviyyəsinin artırılmasına yönələn addımdır. Bu gün fəaliyyətdə olan 1606 bələdiyyənin əvəzinə seçki prosesindən sonra Azərbaycanda 684 bələdiyyənin formalaşdırılması nəzərdə tutulur. Bu birləşdirmə həm xərclərin səviyyəsini azaldacaq, həm də maliyyənin düzgün istiqamətdə yönəldilməsinə köməklik göstərmiş olacaq. Bütün hallarda büdcəsi az olan bələdiyyə öz arasında layihəni icra etmək imkanında olmur. Lakin kiçik bələdiyyələri birləşdirməklə, müəyyən büdcə gəliri qoymaqla kiçik həcmdə olsa belə layihələrin icra edilməsi mümkün olacaq. İstənilən halda seçicilərə, sakinlərə və vətəndaşın qaldırdığı problemin həllinə sürətli şəkildə köməklik göstərmiş olacaq. Güman edirəm ki, bununla bərabər atılacaq əsas addımlardan biri bələdiyyələrin DSMF-yə olan borclarına aydınlıq gətirilməsidir. Bu gün 1000-dən  çox bələdiyyənin üst-üstə 8 milyon manata yaxın  borcu olduğuna görə bank hesabları bağlıdır. Bank hesabı da bağlı olduğundan hər hansı əməliyyat belə aparmaq mümkün deyil. Hər halda elə etməliyik ki, yeni yaranan bələdiyyə fəaliyyətə borcla başlamasın”.

https://sherg.az/siyaset/279089

Rəylər

1 Rəy

Dilarə Əhmədova

04-11-2024, 1 il əvvəl

Sizinlə tamamilə razıyiq.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
716

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
741

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
863

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
778

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
837

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
753

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
907