İmişli və Biləsuvar bələdiyyələri ilə seminar-müşavirə
İmişli regional ədliyyə idarəsi tərəfindən 24.10.2024-cü il tarixdə
regional idarədə İmişli və Biləsuvar rayonları üzrə bələdiyyə üzvləri və
qulluqçuları üçün növbəti seminar-müşavirə keçirilmişdir.
İlk öncə ulu Öndərin əziz xatirəsi və vətənin azadlığı uğrunda
canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbiri giriş sözü ilə açan İmişli regional ədliyyə idarəsinin baş məsləhətçisi
Ruslan İsmayılov tədbirə gələn bələdiyyə sədrlərini və qulluqçuları salamlamış
və keçirilən tədbirin onların fəaliyyətində qanunçuluğun təbliği, eləcə də işin
təşkilində faydalı olacağı bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına əsasən Azərbaycan
Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə
əlaqədar ölkə ərazisində güniş yaşıllaşdırma, təmizlik və abadlıq işləri
görüldüyünü vurğulamışdır. Görülən işlərdə bələdiyyələrində üzərinə böyük məsuliyyət
düşdüyündən hər bir bələdiyyə öz ərazisində dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində
müvaifq işlər görməsinin zəruruliyi onların diqqətinə çatdırılmışdır.
Daha sonra regional idarənin əməkdaşları çıxış edərək “Bələdiyyələrin
seçki hüquqlarının həyata keçirilməsi istiqamətində qanunvericiliyin tələbləri
barədə”, “Növbəti bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə fəaliyyəti ilə
bağlı bütün sənədlərin, möhür və ştampların yeni bələdiyyə sədrinə təhvil
verilməsi barədə”, “Bələdiyyələr tərəfindən kargüzarlıq və arxiv işinin düzgün
təşkil olunmasının qanun pozuntularının aşkarlanması və qarşısının alınmasında
rolu”, “Yerli büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yol verilən xarakterik
pozuntular və onların qarşısının alınması”, “Bələdiyyə mülkiyyətinin idarə
edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblər”, “Yerli özünüidarəetmə
sahəsində şəffaflığın və hesabatlılığının artırılmasında müasir informasiya
resurslarının əhəmiyyəti”, “İxtisaslaşmış kadrların bələdiyyə qulluğuna cəlb
edilməsinin əhəmiyyəti”, “Bərk məişət tullantılarının idarə olunmasında
qanunvericiliyin tələbləri”, “Bələdiyyə qərarlarının qanunvericiliyin tələblərinə
uyğun tərtib edilməsi” barədə mövzular ətrafında çıxışlar edilmiş və seminar müzakirələr şəklində davam etmişdir.
Sonda bələdiyyə üzvlərini və qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.