Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-11-2024 , 18:50

1323

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Xaçmaz regional ədliyyə idarəsinin kollektivi şəhid ailəsini ziyarət edib

Xaçmaz regional ədliyyə idarəsinin kollektivi Xaçmaz şəhərində yaşayan Vətən müharibəsində şəhid olmuş Ağasıyev Elşən Ağabala oğlunun ailəsini "8 Noyabr Zəfər günü" ərəfəsində ziyarət edib, onların sosial vəziyyətləri ilə maraqlanıblar. 

Görüşdə idarə rəsisi Qədir Paşayev şəhidin valideynlərinə başsağlığı verib, vətən uğrunda canından keçən qəhrəmanların heç vaxt unudulmayacağını deyib. 

Milli-mənəvi birliyimiz, Vətən ogullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü bir daha göstərdi. 

İdarə rəisi şəhid və qazi ailələrinin övlətimizin, ölkə Prezidentinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu deyib.

Şəhidin valideynləri təşəkkürlərini bildiriblər və dövlətimiz, cəmiyyətimiz tərəfindən diqqət və qayğını hiss etdiklərini deyiblər. Görüş zamanı şəhidin valideyinləri onlara göstərilən dəstək və diqqət üçün ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Elşən Ağasıyev 1999-cu ildə Xaçmaz şəhərində doğulub. Müharibə başlamazdan 5 ay əvvəl hərbi xidmətə yollanan qəhrəman əsgər düşmənlə savaşa atılan ilk döyüşçülərimizin sırasında yer alıb. Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Elşən Ağasıyevin atası I Qarabağ savaşında dörd il könüllü döyüşüb. 

Şəhid Elşən Ağasıyev ölümündən sonra “Laçının azad olunmasına görə” , "Suqovuşanın azad olunmasına görə" , “Vətən uğrunda” və "İgidliyə görə" medalları ilə təltif edilib. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
1314

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
397

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
381

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
443