Sabiq bələdiyyə sədri regional idarəyə rəis təyin edilib
Ağsu rayonu Gəgəli bələdiyyəsinin sabiq sədri, tarix üzrə fəlsəfə doktoru, tanınmış arxeoloq Fariz Xəlilli mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, inzibati binası Şəki şəhərində yerləşən regional idarənin səlahiyyət dairəsi Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Mingəçevir, Zərdab, Ucar rayonlarını əhatə edir.
P.S. Fariz Xəlillini təbrik edirik. İnanırıq ki, ona göstərilən etimadı öz fəaliyyəti ilə döğruldacaq.
Rəylər
0 Rəy