Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-11-2024 , 00:30

240

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bir yubileyin yaratdığı əks-səda  

Bu günlərdə Səbail RİH-də tədbir keçirilib. Özü də başçının müavininin yubileyinə həsr olunan bir tədbir. RİH tərəfindən məlumat paylaşılır və bələdiyyə sədrinin adı üçüncü sırada aydın şəkildə qeyd edilir. Bu məlumatın paylaşılmasında əslində qeyri-adi bir şey yoxdur. Sıradan bir tədbir keçirilib və sıradan da bir məlumat paylaşılıb.  Ancaq sözümün canı var.

Sözümün canı ondadır ki, icra-bələdiyyə münasibətləri görün bu rayonda hansı səviyyədədir ki, bələdiyyəyə və onun sədrinə belə hörmətlə yanaşılır. Bu həmdə RİH-in özünə qarşı olan hörməti kimi qəbul edilir, digər tərəfdən də yaradılan şərait nəticəsində bələdiyyənin qazandığı çəki, hörmət və nüfuzundan xəbər verir.

Demək, siyasi rəhbər yerində olanda bələdiyyənin də çəkisi yerində olur, habelə sakinlər arasında hörməti daha yüksək olur.

Təəssüf edirəm ki, Yasamal, Xətai və Nərimanov  rayonlarını çıxsaq, paytaxtın digər rayonlarında belə bir münasibətə rast gəlinmir. Hətta fəaliyyətini təbliğ etməyə belə imkan verilməyən RİH-lər bu gündə var. Bu qədər qısqanclıq nəyə və kimə lazımdır, maraqlıdır.

Sözsüz ki, prosesin belə anormal vəziyyət alınmasında "sözdaşıyan" məmurların da xüsusi rolu var. Nəzərə alsaq ki qarşıdan həm də bu qurumların seçkisi yaxınlaşır, onda düşünmək olar ki, söylədiyimiz məmurların vaxtından əvvəl “çiçəyi çırtlamağa” başlayıb. Yəni müəyyən məqamların süni şəkildə manipulyasıya edilməsi... Nə isə.  Çox dərinə getməyək....  

RİH bascıları arasında hamının ümidlə baxdıqları birinin də bu cür proseslərə qoşulmasına isə çox təəssüflənirəm. Nə isə...

Ayıb olsun o məmurlara ki, axşama kimi "yükləmək" istədikləri bələdiyyələrə yuxarıdan aşağıya baxır və hətta paylaşdıqları məlumatlarda da onlara yer ayırmağa imkan vermirlər... Nə isə...

Ən maraqlı məqam isə tədbirin sonunda RİH kollektivinin bütün üzvlərinin iştirakı ilə xatirə şəklinin  çəkilməsidir. Bu isə ondan xəbər verir ki, Səbail RİH-də təmiz, səmimi bir atmosfer yaranıb. Bax bu məqama görə də, siyasi rəhbərə təşəkkür düşür.  

P.S.  Təbriklərə isə bizdə qoşuluruq. 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
239

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
257

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
221

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
263

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
292