Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2024 , 13:50

5305

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə naziri Yardımlıda vətəndaşları qəbul edib


Ölkə Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları daim diqqətdə saxlanılaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.
Aprelin 9-da ədliyyə naziri Fərid Əhmədov Yardımlı rayonunda Yardımlı, Masallı, Cəlilabad və digər rayonlardan olan vətəndaşları qəbul edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Nazir qəbula gələn vətəndaşların, o cümlədən şəhid ailələrinin və müharibə veteranlarının ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, digər qayğıları ilə maraqlanıb. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digərləri isə araşdırılması üçün nəzarətə götürülərək nazirliyin qəbulda iştirak edən aidiyyəti əməkdaşlarına tapşırıqlar verilib.
Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı həmçinin, nazirliyin yerli qurumlarına və məhkəməyə baş çəkilib, infrastrukturu və iş şəraiti ilə tanış olunub. Ədliyyə işçilərinə fəaliyyətin müasir çağırışlara uyğun təşkili ilə bağlı tapşırıq və tövsiyələr verilib.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
620

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
477

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
445

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
354

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
529