Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-01-2024 , 22:14

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +
Bu rayonun da icra başçısı vətəndaş qəbulunu bələdiyyənin inzibati binasında keçirdi

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 22.01.2024-cü il tarixdə Kürdəxanı bələdiyyəsinin inzibati binasında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib. Görüşdə RİHB-nın müavinləri, RİHB aparatının şöbə müdirləri, RİHB-nın Kürdəxanı QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, Kürdəxanı bələdiyyə sədri a. Məsimov və xidmət sahələrinin rəisləri iştirak ediblər.

İlk olaraq, qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, əsasən kanalizasiya xəttlərinin mövcud vəziyyəti, məişət məsələləri, işlə təminat, ağacların budanması və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər ediblər.

Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.

Sabunçu RİH 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024