Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-01-2024 , 19:58

3981

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Torpaq vergisinin hesablanması mexanizmi təkmilləşdirilib

Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri də torpaq vergisi ilə bağlı müddəaların təkmilləşdirilməsidir.

Belediyye.info Vergilər.az-a istinadən xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikası ərazisində mülkiyyətində, icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən, dövlət və bələdiyyə mülkiyyətindəki torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Dəyişikliyə qədər torpaq vergisini müəssisələr illik olaraq hesablayır və həmin il mayın 15-dən gec olmayaraq bəyannaməni vergi orqanına verirdilər. Torpaq vergisi bərabər məbləğlərdə həmin ilin 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilirdi.

Təcrübədə fiziki şəxslər və müəssisələr tərəfindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilin müxtəlif aylarında icarəyə və ya digər əsaslarla istifadəyə götürülür və ya ondan icarə və istifadəyə xitam verilir. Bu halda torpaq sahəsi həmin şəxslərin istifadəsində tam il ərzində deyil, ilin müəyyən bir hissəsində olsa da, torpaq vergisi illik olaraq müəyyənləşdirildiyindən vergi tam şəkildə ödənilməli idi.

Belə halların tənzimlənməsi məqsədilə, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin hesabat dövründə torpaq sahəsinə mülkiyyət hüququ, habelə dövlət və bələdiyyə mülkiyyətindəki torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqda və ya bu hüquqa xitam verildikdə, həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin ödəyicinin mülkiyyətində və ya istifadəsində olduğu ayların sayına mütənasib olaraq aparılacaq.

Eyni zamanda, hüquqi şəxslər tərəfindən torpaq vergisi bəyannaməsinin təqdim olunması müddəti dəyişdirilərək hesabat ilindən sonrakı il yanvar ayının 31-dək müəyyən edilib. Bununla yanaşı, cari vergi ödənişlərinin məbləği də tənzimlənib. Dəyişikliyə əsasən, müəssisələr tərəfindən torpaq vergisi üzrə hər cari vergi ödənişinin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/2 hissəsini təşkil edəcək.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
339

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
181

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
344

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
533

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
349

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
646

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
699

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
571

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1014