Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-01-2024 , 21:17

2727

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

 Orxan Adıgözəlzadə: “Bələdiyyə torpaqlarının sənədləşdirilməsi vahid pəncərə sistemiylə həyata keçirilsin. Bir şərtlə ki,...”

“Bələdiyyə torpaqlarının sənədləşdirlməsinin icrası ASAN xidmət mərkəzlərinə verilməsi ümumilkdə həm şəffaflığın, həm də vətəndaş məmnunluğunun təmin edilməsində mühüm rol oynaya bilər”- bu fikirləri Belediyye.infoya  Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Orxan Adıgözəlzadə bildirib.

Hazırda vətəndaşın əmlakının sənədləşdirilməsində, habelə bələdiyyə mülkiyyətinə aid edilən ərazilərin -bələdiyyə torpaqlarının, istər bələdiyyə tərəfindən, istərsə də vətəndaşlar tərəfindən həyata keçirilməsində, etiraf edək ki, ciddi problemlər mövcuddur. Bir tərəfdən prosesin günlərlə və aylarla davam etməsi, bəzi hallarda neqativ halların baş vermə ehtimalının yüksək olması, o cümlədən bəzi bürokratik amillərin mövcudluğu nəticə etibariylə sakinlərin narazılğını artırmış olur.

Bir tərəfdən Əmlak məsələləri Dövlət xidmətinin, digər tərəfdən Şəhərsalma və Arxitektura Komitəsində çalışan bəzi məmurların bələdiyyələrin müraciətlərinə etinasız şəkildə baxılması, üstəlik bu günədək bələdiyyələrə xəritələrin verilməməsi,  ən əsası Əmlak məsələləri Dövlət xidmətində vahid xəritənin qəbul edilməsinə marağın belə olmaması vətəndaşlar arasında narazılığa səbəb olur.

Təəssüf ki, prosesi ləngidən orqanlar yaxalarını kənara çəkdiyindən vətəndaş qarşısına bələdiyyə çıxmalı olur.

Odur ki,  bələdiyyə torpaqlarının sənədləşdirilməsiylə bağlı bütün prosesin, bələdiyyə təmsilçisinə də mərkəzdə yer ayrılması şərtiylə, ASAN Xidmət mərkəzlərinə verilməklə prosesin icrasında  “vahid pəncərə sistemi”nin tətbiq edilməsi nəticədə problemin həllini sürətləndirmiş olacaqdır.

Rəylər

1 Rəy

Rəşad Əmiraslanov

09-01-2024, 10 ay əvvəl

Hörmətli Orxan Adıgözəlzadə ilə çox razıyam və həmdə deyərdimki, eyni problemi yaşayırıq. Bəlkə də mənim qədər Dövlət Əklak xidmətinin Torpaqların İdarə olunması və Geodeziya şöbəsindən narazı ikinci bir şəxs olmaz(hərçənd ki, narazı olan bələdiyyə sədirləri çoxdur amma təəssüfki cürrət edib şikayət edən yoxdur). Çünki bir RƏY-i ki, ən azı 4-5 aya verirlər ( o da iqtisadiyyat nazirliyinə şikayət etdikdən sonra) orada hansı şəffaflıqdan və qərəzsizlikdən danışmaq olar?! Ümumiyyətlə bir sənədə neçə dəfə RƏY verərlər???, Niyə bələdiyyənin ÇIXARIŞI olduğu halda hərraca çıxarmaq üçün yenidən RƏY almaq lazımdır?? Bunun anlamı nə?? Yenidən 4-5 ay Bələdiyyəni süründüməkdən ötəri?? Bütün bunlara görə vətəndaş bələdiyyədən çox narazı qalır və hətda bələdiyyədən prokurorluğa, korrupsiyaya, DTX-ya belə şikayət edir. Amma bu adı çəkilən idarədən heç kim soruşmurki, bu nə hoqqadı çıxarırsınız??? Nə isə, ürəyim lap doludu......

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024
138

Yeni seçiləcək bələdiyyə üzvlərinin sayı məlum oldu

Gündəlik Xəbərlər
02-12-2024
216

Anim günündə şəhid polkovnikin ailəsi ziyarət olunub 

Gündəlik Xəbərlər
01-12-2024
196

Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək

Gündəlik Xəbərlər
26-11-2024
387

Birləşmədən sonra bələdiyyələr daha effektiv olacaq

Gündəlik Xəbərlər
26-11-2024
365