Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-11-2023 , 19:31

4231

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bibiheybət bələdiyyəsi tərəfindən Heydər Əliyevin  100 illik yubileyi münasibəti ilə şeir müsabiqəsi keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixli Sərəncama əsasən həyata keçiriləcək tədbirlər çərçivəsində Azərbaycan xalqının Ümumimilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə töhfə olaraq bələdiyyə tərəfindən tədbirlər planı hazırlanmış və tədbirlər planına əsasən 02.11.2023-cü il tarixində qəsəbədə fəaliyyət göstərən Cəbrayıl Əskərov adına 50 nömrəli tam orta məktəbdə “Odlar Yurdu Azərbaycan” adlı şeir müsabiqəsi təşkil olunmuşdur.

Şeir müsabiqəsinin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə edilməsi, doğma Azərbaycanımızın inkişafında körpədən yaşlıya hər bir Azərbaycan vətəndaşının iştirakının vacibliyini çatdırmaqdır.Möhkəm təməl və milli dəyərlər üzərində müasir dövlətin qurulması, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq ideologiyası Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən idi.

Müsabiqə ibtidai və V-XI sinif şagirdləri arasında keçirildi və qaliblər müsabiqənin meyarlarına əsasən qoyulmuş ballarla qiymətləndirilərək mükafatlandırıldı.Belə ki, ibtidai siniflər üzrə I yer- 50(əlli)manat, II yer-30 (otuz) manat, III yer-20 (iyirmi) manat, V-XI siniflər üzrə I yer -100 (bir yüz) manat, II yer-50 (əlli) manat, III yer -30 (otuz) manat olaraq mükafatlandırıldı. Bundan əlavə qaliblər Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova və məktəbin direktoru Vəfa Məmmədovanın imzaları ilə Fəxri Fərmanlarla təltif olundular.

Səbail bələdiyyəsinin Gender, informasiya və layihələrlə iş şöbəsinin müdiri Xatun Kərimova və 

Badamdar bələdiyyəsinin sədr müavini Xədicə Həsənova müsabiqədə münsiflər heyəti qismində iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan müsabiqə sonda müsabiqə iştirakçılarıyla xatirə şəkli çəkilməsi ilə yekunlaşdı.

Bibiheybət bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
998

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
773

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1516

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
771

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
812

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
858

Yeni seçilən bələdiyyə sədrlərinə 14 qızıl tövsiyə

Gündəlik Xəbərlər
26-03-2025
1124