Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-11-2023 , 21:42

4271

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

“Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği”- qısa metrajlı sənədli  filmin  təqdimatı keçirildi

31 oktyabr 2023-cü il tarixdə Azərbaycan Dillər Universitetində “Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği”- qısa metrajlı sənədli  filmin (Azərbaycan və İngilis dilində) təqdimatı keçirildi.

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği”- qısa metrajlı sənədli film (Azərbaycan və İngilis dilində) hazırlanması mövzusunda  növbəti layihəni uğurla icra edib. Layihənin əsas məqsədi əcnəbi tələbə və gənclərini erməni vəhşiliklərini görən qan yaddaşlı xankəndlilərlə görüşünü təşkil etmək bununla da ermənilərin törətdikləri faciələri və Xankəndi haqqında həqiqətləri onlar vasitəsi ilə beynəlxalq aləmdə təbliğ etməkdir. Layihə çərçivəsində  hazırlanmış filim layihənin məqsədinə uyğun olaraq hazırlanmış və Xankəndində erməni şovinistləri tərəfindən azərbaycanlı sakinlərə qarşı edilmiş işgəncələrdən bəhs edir.

Layihənin təqdimat mərasimində Azərbaycan Dillər  Universitetinin müəllim və tələbə heyəti, film çəkilişində iştirak edən əcnəbi tələbələr: Adil Süleymanov -Qazaxıstan,Demirəl Elifnaz -Türkiyə,Umar Mühammad Mehmood Azhar-Pakistan,Waung Kaibo -Çin, Fidana Allahverdiyeva-Türkmənistan,İnas Lahec-Əlcəzirə,Kibriyo İnomova-Özbəkistan , televiziya və media nümayəndələri, 2010-2020 -ci il illərdə Xankəndindən  seçilmiş deputat , Milli Qəhrəman Şirin Mirzəyevin ömür gün yoldaşı Flora Qasımova,”Saglam İnkişaf və Maarifləndirmə “İctimai Birliyinin sədri Anar Xəlilov,Türküstan Media Groupun baş redaktoru Aqil Camal , Azərbaycan Dövlət televiziyasının şöbə müdürü Firuzə Nadir, “Xocalı Təcavüzünün Tanıdılması “İctimaı Birliyinin sədri Səriyyə Cəfərova ,QHT nümayəndələri, Xankəndi sakinləri iştirak etdilər.

 Filmə baxıldıqdan sonra çıxışlar oldu,tələbələrlə diskussiyalar keçirildi.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
996

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
771

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1512

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
771

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
811

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
855

Yeni seçilən bələdiyyə sədrlərinə 14 qızıl tövsiyə

Gündəlik Xəbərlər
26-03-2025
1124