Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-10-2023 , 19:35

2010

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi ilə bağlı növbəti seminar-müşavirə İmişli rayonunda keçirilib 

Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin və İmişli regional ədliyyə idarəsi tərəfindən təşkil olunan tədbirdə 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Ümummilli Liderin banisi olduğu yerli demokratiyanın inkişafı, bu sahədə bələdiyyylərin rolu və fəaliyyəti barədə çıxışlar edilib, yerli özünüidarəetmə orqanları tərəfindən Ulu Öndərin 100 illiyinə həsr olunan tədbirlərdən danışılıb, müzakirələr aparılıb.

Regional idarənin rəisi İsgəndər Orucov və Mərkəzin məsul işçiləri tərəfindən bələdiyələrlə iş portalının tətbiqi, bələdiyyə torpaqlarının idarə olunması ilə bağlı qanunvericilikdəki yeniliklər, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə Prezidentinin Fərmanının icrası, habelə yerli vergilərin toplanmasının artırılması ilə bağlı görülən tədbirlər barədə danışaraq bələdiyyələrin qarşısında duran vəzifələrə toxunub, onları maraqlandıran sualları cavablandırıblar.







Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
625