Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-09-2023 , 20:11

5304

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Nərimanov bələdiyyəsində Anım günü qeyd edildi

27 sentyabr – Anım Günü ilə əlaqədar Nərimanov bələdiyyəsində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbirdə Azərbaycan Şəhər Bələdiyyələr Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, şəhid ailələrinin üzvləri, qazilər, bələdiyyə üzvləri və qulluqçuları iştirak ediblər.
Bələdiyyənin inzibati binasında şəhidlərimizin xatirəsinə həsr olnumş  guşə önündə keçirilən tədbirdə çıxış edən sədr Təmraz Tağıyev düşmən tapdağından azad olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.
Sədr çıxışında həmçinin, Ail Baş Komandanın rəhbərliyi ilə  ordumuzun istər 44 günlük Vətən müharibəsində, istərsə də  sentyabrın 19-da başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirlərini yüksək peşəkarlıqla yerinə yetirməsindən, habelə bələdiyyə tərəfindən daim şəhid və qazi ailələrinə göstərilən diqqətdən danışıb.
Sədrin sözlərinə görə, bu günədək beş nəfər şəhid ailəsinin üzvü  Nərimanov bələdiyyəsində daimi işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.
Görüşdə iştirak edən şəhid ailəsinin üzvləri və  qazilər onlara göstərilən qayğıya görə ölkə Pezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
996

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
771

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1512

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
771

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
811

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
855

Yeni seçilən bələdiyyə sədrlərinə 14 qızıl tövsiyə

Gündəlik Xəbərlər
26-03-2025
1124