Binəqədi bələdiyyəsi sosial aksiya keçirib
“Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə bələdiyyə
qulluqçularının iştirakıyla 2023-2024-cü dərs ilinin başlanması və Bilik günü
münasibətilə rayon ərazisində yaşayan şəhid ailələri ziyarət edilmiş,
övladlarına məktəbli formaları hədiyyə edilmişdir”- bu barədə Belediyye.infoya
məlumatı adıçəkilən bələdiyyənin sədri Mürsəl Eminov bildirib.
Sədrin sözlərinə görə, layiəçərçivəsində rayon ərazisində
yaşayan aztəminatlı ailələrin övladlarına da məktəbli formaları hədiyyə
edilmişdir.
Qeyd edək ki, məktəblilər və valideynlər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiiblər.